“Məhkəmələrə 4000-ə yaxın təqdimat göndərilib”

“Məhkəmələrə 4000-ə yaxın təqdimat göndərilib”
Oxunma sayı: 870

Prezidentin cəzaların humanistləşdirilməsi ilə bağlı sərəncamından sonra 479 məhkum həbsdən azad olunub, 585 məhkumun cəzası azaldılıb, 465 məhkum isə digər cəzalardan azad edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli  MM-nin bu gün keçirilən məlumat  verib. O xatırladıb ki, həmin sərəncamın davamı olaraq ötən ilin oktyabrında Cinayət və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilib: “Bu dəyişikliklərdən  bu günə qədər keçən zaman ərzində həmin məcəllələrin  icrası ilə bağlı vəziyyəti araşdırdıq. 

Bildiyiniz kimi,  məcəllələrə dəyişikliklər dekabrın 1-də qüvvəyə minib. Ondan bu yana məhkəmələrə 4000-ə yaxın təqdimat göndərilib. Hazırda məhkəmələrdə 1700- ə yaxın təqdimata baxılır. Həmçinin daha 5000 təqdimatın məhkəmələrə göndərilməsi nəzərdə tutulur. Bütövlükdə bununla bağlı 1500- ə yaxın məhkumun tam azadlığa buraxılması, minlərlə məbusun isə cəzalarının azaldılması, rejimlərinin dəyişdirilməsi gözlənilir.  Belə ki, artıq 479 məhkum həbsdən azad edilib. 585 məhkumun cəzası azaldılıb, 465 məhkum isə digər cəzalardan azad edilib. 59 məhkumun isə cəzaçəkmə rejimi dəyişdirilib”.

 Günel Türksoy


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi