Məhkumlarla müsahibələr aparılıb

mehkumlarla-musahibeler-aparilib-
Oxunma sayı: 649

Onun sözlərinə görə, layihən məqsədi ölkədəki əlilliyi olan şəxslərin hüquqlarının və azadlıqlarının BMT-nin həmin hüquqlar üzrə Konvensiyasının icrasının ədalətli qiymətləndirilməsi yolu ilə təşviq edilməsinə nail olmaqdır.

Bununla əlaqədar olaraq təşkilat tərəfindən bir sıra tədbirlər həyata keçirilmişdir.

1. Qanunvericiliyin Əlilliyi olan Şəxslərin Hüquqları üzrə BMT Konvensiyası ilə müqayisəli analizi həyata keçirilərək mövcud boşluqlar müəyyən olunmuşdur.

2. Ölkənin bir neçə şəhərlərində əlilliyi olan şəxslərlə görüşlər keçirilmiş, Penitensiar xidmətin müalicə müəssisəsində məhkumlarla müsahibələr aparılmışdır.

Görüşlər zamanı əlilliyi olan şəxslərin işlə təmin olunmaması, müstəqil surətdə yaşamaq və icmalara daxil olma problemləri, məlumatlara çıxış imkanlarının olmaması,fərdi hərəkət edə bilmələləri və sairə kimi məsələlər müzakirə olunub, intervyulər götürülmüşdür.
Azərbaycan Dövləti artıq BMT nin Əlilliyi olan şəxslərin hüquqları üzrə Komitəsinə ilk hesabatını təqdim etmişdir.

Hesab edirik ki, Komitəyə təqdim edilən hesabatın mətni ölkədəki əlillərin hüquqları ilə bağlı olan vəziyyəti hərtərəfli və real əks etdirmək üçün yetərli deyil.

Bununla əlaqədar olaraq əlilliyi olan şəxslərin hüquqları ilə bağlı cəmiyyətdə ki vəziyyətin real qiymətləndirmək və Konvensiya haqqında ictimai məlumatlılığı artırmaq məqsədi ilə IHM “Bərabər imkanlar uğrunda” kampaniyasına başlamışdır.