Mehman həbsdə qaldı

Mehman həbsdə qaldı
Oxunma sayı: 2083

Bu gün Ali Məhkəmədə video-bloqqer Mehman Hüseynovun barəsindəki Bakı Apellyasiya Məhkəməsinin qərarından verilən kassasiya şikayətinə baxılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, iş apellyasiya instansiyasına qaytarılıb. Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv edilib, M.Hüseynovun işinə yenidən Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Hüseynov Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin ona qarşı verdiyi xüsusi ittiham qaydasında şikayət üzrə həbs edilib.

Suraxanı rayon məhkəməsinin hökmü ilə M.Hüseynov 2 il müddətinə azadlıqdan məhrum edilib və o, məhkəmə zalında həbs olunub. Hökmdən verilən apellyasiya şikayəti qüvvədə qalıb.

***

Mehman Hüseynov cəzaçəkçə müəssisəsindən ərizə yazaraq vəkil Elçin Sadıqovun kassasiya şikayətindən imtina etdiyini bildirib. O, digər vəkiləri Fuad Ağayev və Şəhla Hümbətovanın kassasiya şikayətlərini müdafiə edib.

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi