Mehmet Əli Ərbil hamamda yıxıldı - Reanimasiyadadır

mehmet-eli-erbil-hamamda-yixildi
Oxunma sayı: 2945

Türkiyəli şoumen Mehmet Əli Ərbil hamamda yıxılaraq çoxsaylı zədələr alıb.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, bədənində qırıqlar olan aparıcı xəstəxanaya yerləşdirilib. Döş qəfəsinə qan toplanan Ərbil əməliyyat edildikdən sonra reanimasiyaya yerləşdirilib.

Həkiminin verdiyi açıqlamaya görə, şoumenin bədəninin müxtəlif hissələrində xeyli sayda qırıqlar, sinəsində qanaxma və hava toplanması olduğundan təcili əməliyyat etməli olublar.