Mehmet Erdem Bakıya gəlir - - Video

mehmet-erdem-bakiya-gelir-
Oxunma sayı: 1109


Bu barədə “Qafqazinfo”ya  konsertin Türkiyəli təşkilatçısı tanınmış teleaparıcı İlhan Özbay məlumat verib. Onun sözlərinə görə, bu il Kral TV “Türkiye Müzik Ödülleri”ndə  “Her kes aynı hayatta” adlı albomu ilə “En İyi Çıkış Yapan Sanatçı” mükafatını almış, “youtube”da 130 milyon izlənilmiş Mehmet Erdemin konserti bu ayın 27-i paytaxtda yerləşən “Otto EFES pub ” istirahət mərkəzində keçiriləcək. Axşam saat 22.00-da başlanacaq konsertə biletin qiyməti 30 AZN-dir. 

Qeyd edək ki, Mehmet Erdem ölkəsində və Azərbaycanda “Hakim bey” adlı mahnı ilə populyar olub. Özü də mahnı bəstələyən müğənni bir çox serial və filmin sondtrekini bəstələyib, üstəlik, aktyor kimi də rol alıb.

General manager İlhan Özbayın bildirdiyinə görə Mehmet Erdem konsert təklifini ilk andaca məmnuniyyətlə qəbul edib. Azərbaycan musiqisi ilə maraqlanan Erdemin ifaçılarımız sırasında ən çox bəyənib sevə-sevə dinlədiyi xalq artisti Alim Qasımovdur.

Onu da deyək ki, İlhan Özbay və Nuri Yaradılmışın təşkil etdiyi Mehmet Erdem konsertə bilet əldə etmək istəyənlər  / 055 518 10 71  /071 585 01 55 mobil nömrələrinə zəng edə bilərlər.