Mehr rəsmi nikah şərtlərinə daxil edildi

mehr-resmi-nikah-sertlerine-daxil-edildi
Oxunma sayı: 630

“Azerimuslims.com” bildirir ki, Türkiyə mətbuatı ölkənin Apelyasiya Məhkəməsinin (AM) boşanma prosesi ilə bağlı verdiyi qərarla İslam dinində nikah bağlanması əsnasında verilən mehri qəbul etdiyini yazıb.

Xəbərlərdə Türkiyə AM-nin ər-arvad arasında nikahdan əvvəl müəyyənləşdirilən mehri Mədəni qanunda qadağanın olmadığı prinsipi ilə qəbul etdiyi bildirilib. Ölkənin Konya şəhərində boşanma işi ilə bağlı apelyasiya şikayətinə baxan AM hakim Mədəni qanın evlilik aktı əsnasından ər-arvaddan birinin digərinə mal və ya pul verməsini yaxud verəcəyini vəd edib müəyyən müddətə təxirə salmasını qadağan etmədiyini deyib.

Məlumat üçün deyək ki, mehr qadına verilən dəyərin simvolik xarakteri kimi evlənən kişinin qadına verdiyi və ya verəcəyini vəd etdiyi qızıl, mal və ya digər qiyməti olan şeydir.