“Mehriban düşmən”lərin fotosu tənqid olundu

mehriban-dusmenlerin-fotosu-tenqid-olundu
Oxunma sayı: 2924

“Maşın” realiti şousunun iki iştirakçısı- aparıcı-aktyor Sərxan Kərəmoğlu və Dilarə Kazımovanın sosial şəbəkədə səmimi fotosu yayılıb. 

“Qafqazinfo” xəbər verir ki, şəkil Dilarə və Sərxan səhər idmanı zamanı lentə alınıb. Müzakirə olunan görüntünü aparıcı instaqram səhifəsində paylaşaraq “Dünən, səhər idmanı… Gərgin anlardan qabaq”- şərhini yazıb. 

Onların qucaqlaşan fotosu instaqram istifadəçiləri tərəfindən tənqid olunub. 

Bu məqamda bildirək ki, Dilarə ötən gün “Maşın”da Sərxanı şoudan kənarlaşdırmaq istədiyini açıqlamışdı.