Mehriban Əliyeva İtaliya prezidenti ilə görüşüb

mehriban-eliyeva-italiya-prezidenti-ile-gorusub
Oxunma sayı: 645

Mehriban xanım Əliyeva Azərbaycan prezidenti İlham Əliyevin salamlarını prezident Ciorcio Napolitanoya çatdırıb.

İtaliyanı Azərbaycan üçün dost ölkə adlandıran M.Əliyeva deyib ki, Azərbaycanın müstəqilliyinin bərpasının 20-ci ildönümünün keçirildiyi öıkələrdən birinin də məhz İtaliya olması bunun əyani sübutudur. Mehriban Əliyeva Azərbaycan-İtaliya münasibətlərinin inkişafından məmnunluğunu bildirib və qeyd edib ki, ölkələrimiz arasında mədəniyyət sahəsindəki əməkdaşlığın daha da genişləndirilməsinə ehtiyac var. Bununla bağlı 2012-ci ildə İtaliyada bir çox tədbirlərin, həmçinin Azərbaycan mədəniyyət həftəsinin keçirilməsi nəzərdə tutulub.

İtaliya prezidenti Ciorcio Napolitano da öz növbəsində prezident İlham Əliyevə ən xoş arzularını çatdırmağı Azərbaycanın birinci xanımından xahiş edib. İtaliya dövlətinin başçısı Azərbaycanın müstəqillyinin bərpasının 20-ci ildönümü ilə bağlı Romada təşkil olunan tədbirin ölkələrimiz arasında mədəni əlaqələrin imkişafına təkan verəcəyini bildirib. Prezident vurğulayıb ki, Azərbaycan ilə İtaliya arasında siyasi və iqtisadi sahədə gözəl əlaqələr var.

Prezident Ciorcio Napolitano Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun mədəniyyət sahəsindəki fəaliyyətindən xəbərdar olduğunu deyib. Azərbaycanın birinci xanımı prezident İlham Əliyevin adından İtaliya dövlətinin başçısını ölkəmizə rəsmi səfərə dəvət edib. Dəvət məmnunluqla qəbul olunub.

Sonda İtaliya prezidenti Heydər Əliyev Fondunun mədəniyyət sahəsində həyata keçirdiyi layihələrin əhəmiyyətini nəzərə alaraq Azərbaycanın birinci xanımına memorial xatirə lövhəsi təqdim edib.