Mehriban Əliyeva neftçiləri təbrik etdi

mehriban-eliyeva-neftcileri-tebrik-etdi
Oxunma sayı: 1266

Azərbaycanın birinci Vitse-prezidenti Mehriban Əliyeva bu gün “Əsrin müqaviləsi”nin imzalanmasının 25 ilinin tamam olması münasibətilə açıqlama yayıb.

“Qafqazinfo” xəbər verir ki, Mehriban Əliyeva instaqram hesabında paylaşdığı müraciətdə neftçiləri təbrik edib.

“Əziz dostlar,

İyirmi beş il əvvəl ölkəmizin iqtisadi müstəqilliyinin təməlini qoyan “Əsrin müqaviləsi" imzalanıb.

Azərbaycanda neftçi peşəsi hər zaman şərəfli və hörmətli peşələrdən biri sayılıb və sayılır. Əziz neftçilər, biz sizinlə, sizin peşə uğurlarınızla fəxr edirik.

Qəhrəmanlığa bərabər əməyinizə, fədakarlığınıza görə çox sağ olun.

Sizi bu yubiley münasibətilə ürəkdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, yeni nailiyyətlər arzulayıram”.