Mehriban Əliyeva Rişar Ferranı Bakıya dəvət edib - Fotolar

mehriban-eliyeva-risar-ferrani-bakiya-devet-edib
Oxunma sayı: 1123

Birinc vitse-prezident Mehriban Əliyevanın Fransa Milli Assambleyasının sədri Rişar Ferran ilə görüşü olub.

"Qafqazinfo" xəbər verir ki, Rişar Ferran Mehriban Əliyevanı qarşılayıb. Görüşdə Azərbaycan-Fransa əlaqələrinin inkişafından məmnunluq ifadə edilib. 

Rişar Ferran ölkələrimizin parlamentləri arasında əlaqələrin inkişafında maraqlı olduqlarını bildirib. O, zəngin tarixə və mədəniyyətə malik ölkəmizin Fransada daha yaxşı tanıdılması üçün fransız deputatların Azərbaycana səfərlərinin əhəmiyyətini vurğulayıb.

Birinci vitse-prezident ikitərəfli münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin önəmindən danışıb, qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edib. Mehriban Əliyeva bu cür səfərlərin ölkəmizi daha yaxından tanımaq və Azərbaycan həqiqətlərini fransız ictimaiyyətinə çatdırmaq üçün yaxşı fürsət yaratdığını bildirib. 

Mehriban Əliyeva Fransa Milli Assambleyasının sədri Rişar Ferranı Bakıya səfərə dəvət edib. Dəvət məmnunluqla qəbul olunub.