Mehriban Əliyeva Şirməmməd Hüseynovun yas mərasimində - Fotolar

mehriban-eliyeva-sirmemmed-huseynovun-yas-merasiminde
Oxunma sayı: 5749

Bu gün Birinci vitse-prezident Mehriban Əliyeva görkəmli alim Şirməmməd Hüseynovun hüzr mərasimində iştirak edib.

"Qafqazinfo" xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva görkəmli alim, Əməkdar jurnalist, Bakı Dövlət Universitetinin professoru Şirməmməd Hüseynovun hüzr mərasimində iştirak etmək üçün paytaxtdakı Təzə Pir məscidinə gəlib.

Mehriban Əliyeva Şirməmməd Hüseynovun ailə üzvləri ilə görüşüb, Prezident İlham Əliyevin adından və öz adından onlara dərin hüznlə başsağlığı verib.