Mehriban Əliyeva Tahir Əkbərə dəstək oldu

mehriban-eliyeva-tahir-ekbere-destek-oldu
Oxunma sayı: 3215

Əməkdar incəsənət xadimi, tanınmış bəstəkar Tahir Əkbərin səhhəti ağır olaraq qalır. “Qafqazinfo” xəbər verir ki, bu barədə əməkdar artist Aybəniz Haşımova instaqramda bildirib. 

O, bəstəkarın vəziyyətinin ağır olduğunu bildirib:

“Tahir Əkbərin sağlıq durumu stabil ağır olaraq qalır. Allahdan ümid kəsilməz. Sənətkarın səhhəti ilə bağlı narahat olan dostlara təşəkkürlər”. 

Qeyd edək ki, T. Əkbər ötən gün insult keçirib və təcili olaraq 1 saylı Şəhər Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə aparılıb.

Xatırladaq ki, əməkdar incəsənt xadimi bir il əvvəl ağır beyin əməliyyatı keçirmişdi. 

***

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Fond bəstəkarın xəstəliyi ilə bağlı bütün xərcləri üzərinə götürüb.