Mehriban Əliyeva yeni doğulan üçəmlərlə bağlı tapşırıq verdi

mehriban-eliyeva-yeni-dogulan-ucemlerle-bagli-tapsiriq-verdi
Oxunma sayı: 8846

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Bakıda yeni doğulan üçəmlərin ailəsinə maddi yardım verilməsi barədə göstəriş verib.

"Qafqazinfo" Trend-ə istinadən xəbər verir ki, birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fonduna üçəmlərin doğulduğu Vəliyevlər ailəsinə maddi yardım göstərilməsi barədə göstəriş verib.

3 illik övlad həsrətindən sonra üçəmlərə sahib olan ailənin başçıları müvafiq yardım və hədiyyələrə görə Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.