Mehriban Əliyeva “Yuy Yuan” parkında- - Fotolar

mehriban-eliyeva-yuy-yuan-parkinda-
Oxunma sayı: 4615


“Qafqazinfo” xəbər verir ki, Çin Xalq Respublikası sədrinin xanımı Pen Liyuan Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı qarşılayıb. Sonra dövlət başçılarının xanımları “Yuy Yuan” parkında Çin rəssamlarının əsərlərinə baxıblar. Burada rəssamların miniatür üslubda işlədiyi əsərlər daha çox maraq doğurub. Çünki Şərq xalqları arasında daha çox yayılan miniatür sənətində Çin istiqaməti üstünlük təşkil edir və özünəməxsusluğu ilə diqqət çəkir.

Sonra birinci xanımlar bədii proqramı izləyiblər. Burada qonaqlara qədim Çin musiqisini və incəsənətini əks etdirən səhnələr təqdim olunub.

Qeyd edək ki, birinci xanımların tanış olduqları “Yuy Yuan” parkının qədim tarixi var. Odur ki, buranı Çinin klassik bağı da adlandırırlar və onun adı tərcümədə “Sevinc bağı” mənasını verir. Bu gün bu park müasir və gərgin meqapolisin daxilində sakit və rahat bir dünyadı. Salınmasına 1559-cu ildə başlanan bağın tikintisi uzun fasilələrlə yalnız 1709-cu ildə yekunlaşıb. Bir çox münaqişələr, işğallar nəticəsində dağıntılara məruz qalan bu parkda dəfələrlə yenidənqurma işləri aparılıb. Dörd hektara yaxın ərazidə yaradılan “Yuy Yuan” parkı öz müasir görkəmini 1956-cı ildə sonuncu dəfə həyata keçirilən yenidənqurma işlərindən sonra alıb.