Mehriban Əliyevanın göstərişindən sonra ixtisar olunanlar işə götürüləcək

mehriban-eliyevanin-gosterisinden-sonra-ixtisar-olunanlar-ise-goturulecek
Oxunma sayı: 4051

Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın “Hərbiləşdirilmiş Mühafizə Dəstəsi” MMC-də çalışan və işdən ixtisar olunan əməkdaşların müvafiq işlə təmin edilməsi barədə “Azərenerji” ASC-yə verdiyi göstəriş dərhal icraata götürülüb.

“Qafqazinfo”ya daxil olan məlumata görə, bununla bağlı “Azərenerji” ASC-də xüsusi komissiya yaradılıb və qeyd edilən vətəndaşların qısa müddətdə Səhmdar Cəmiyyətin Mingəçevir şəhərində yerləşən struktur bölmələrində müvafiq işlə təmin edilməsi məsələsi həll ediləcək.