“Mehriban xanım Əliyevanın əvəssiz xidmətləri bir örnəkdir”

mehriban-xanim-eliyevanin-evessiz-xidmetleri-bir-ornekdir
Oxunma sayı: 1956


“Qafqazinfo” xəbər verir ki, bunu Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Fatma Əliyeva deyib. O, bildirib ki,  Naxçıvanda Əbubəkr Əcəmi tərəfindən şanına türbə ucalmış Möminə xatun Azərbaycan Atabəyləri ilə aparılan ara müharibələrinin qarşısını alıb. Bütün Şərqdə tanınan Məhsəti Gəncəvi dərin hikmətli rübailəri ilə xalqına tövsiyyələrini bildirmiş. İlk səfir qadınlarımız Uzun Həsənin anası Sara xatun və gəlini Dəspinə xatun ilə birlikdə öz missiyalarını ləyaqətlə yerinə yetirmişlər. Fətəli xanın həyat yoldaşı Tutibikə Fətəli xan Dərbənddə olarkən qalanın müdafiəsinə qalxmış və qələbə çalmışdır. Xan qızı Natəvan həm apadığı suyasətlə, xeyirxah əməlləri və lirik şerləri ilə xalqın sevimlisi olmuşdir.

 Azərbaycan cəmiyyətində qadın yalnız ailə mühiti ilə məhdudlaşmamış, ictimai həyatla daim fəal olduqlarından hər zaman layiqli mövqeyə sahib olmuşdur. Zaman-zaman qadınlarımızın sosial-mədəni mühitdə fəaliyyəti daha da artmış siyasət, elm, tibb, mədəniyyət və bir çox sahələr üzrə ən yüksək nailiyyətlər qazanmış, ali mərtəbələrədək ucalmışlar. Xüsusən elm aləmində elə qadın şəxsiyyətlərimiz var ki, onların gətirdikləri elmi yeniliklər dünya miqyasında qəbul edilmiş və dəyərləndirilmişdi. Azərbaycan Milli elmlər akademiyasının 50 faizindən çoxunu qadınlar təşkil edir. Bunların 1000 nəfərdən artıq nümayəndəsi elmi dərəcələri olan alim qadınlarımızdır. 

 Azərbaycan Respublikasının əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Elmlər Akademiyasının Akademiki Zərifə xanım Əliyeva dünya oftomologiyasına çox dəyərli töhvələr vermişdir. Aida xanım İmanquluyeva ərəbşünas-alim Şərq ədəbiyyatlarının tədqiqi üzrə Ümumittifaq Koordinasiya Şurasının, SSRİ-də Umumittifaq Çəqrqşünaslıq Cəmiyyəti Rəyasər heyərinin üzvü olmuşdur. O bir sıra ölkələrdə keçirilən elmi konqreslərdə, simpoziumlarda, sessiyalarda məruzələr etmişdir. Aida İmaquliyevanın ədəbi-fəlsəfi fikir sistemi həm dünya mədəniyyətinin, ümumbəşəri mənəvi dəyərlərin öyrənilməsi və milli özünü dərkin ifadəsi olmuşdur.

   Bu tarixi ənənələrə əsaslanan azərbaycan qadını dövlətimizin müstəqillik əldə etdiyi zamandan özünün növbəti ictimai fəallıq dövrünü yaşayır. Qadınlarımız dövlət quruculuğu prosesində, parlament və icra strukturlarında, elm və mədəniyyət sahələrində yeni-yeni nailiyyətlərə və uğurlara imza atır.

Azərbaycan qadınlarının içtimai fəallığı elə bir səviyyəyə qalxmışdır ki, bütöv bir qadın hərakatını xatırladır. Əminliklə deyə bilərik ki, hərakatın aparıcı siması Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevadır. YUNESKO və İSESKO kimi mötəbər beynəlxalq təşkilatların xətti ilə Mehriban xanım Əliyeva Azərbaycan mədəniyyəti tarixinin səsini planetin ən ucqar güşələrinə belə çatdırmışdır. Azərbaycanın adət-ənənələrinin qoruyucusu, ümummilli problemlərimizin dünya müstəvisinə çıxarılmasında əvəzsiz xidmətləri olan Mehriban xanım Əliyeva ölkə daxilində və xaricdə keçirdiyi görüşlərdə dərin biliyə, geniş intelektə malik olduğunu hər dəfə nümayiş etdirməklə böyük nüfuz qazanmışdır. Azərbaycan qadınları üçün bu bir nümunədir. Mehriban xanım Əliyeva YAP-ın sədr müavini kimi yüksək siyasi potensiala malik olduğunu əməli fəaliyyətində təsdiqləmişdi. Mehriban xanım Əliyeva həm də həyat yoldaşına sədaqətli, arxa-kömək olan, üç gözəl, yüksək intelektə, əxlaqa malik övladlar böyüdən bir anadır. Bununla da Mehriban xanım Əliyeva dünyaya sübut etmişdir ki, Azərbaycan qadını modern tələblərə uyğun olan elmə, intelektə, ağıla və müdrikliyə malikdir. Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun xətti ilə Azərbaycanın dövlət uşaq siyasətinə xüsusi diqqət yetirərək gənclərə xüsusi qayğı göstərir, onların respublikamızın layiqli vətəndaşları olması, kimsəsiz uşaqların sağlam böyüyüb boya-başa çataraq cəmiyyətə inteqrasiya etməsi və həyatda öz yerlərini tutmaları üçün mərasimlər, bayramlar, müxtəlif gərəkli layihələr həyata keçirir. Gənclərimizin təhsildə, idmanda fərqlənmələri üçün, rahat şərait yaradılır.

 Bu gün ideal qadın obrazı olan Mehriban xanım Əliyevanın şəxsində və onun yaratdığı şəraitdən yararlanan qadınlarımız dünya səviyyəsində öz sözünü deyə bilir. 

 Humanizm və mərhəmət prinsiplərini rəhbər tutan Mehriban xanım Əliyevanın təşəbbüsü ilə amnistiya aktının icrası həyata keçirilmişdir. Bu akt 9 min 564 məhkuma tətbiq olunmuşdur. Bu qədər insanın öz ailəsinə qovuşması, onların göz yaşlarının sevincə qərq olması əvəzsiz bir nemətdir.

 Heydər Əliyev Fondu beynəlxalq əməkdaşlıq çərçivəsində də fəaliyyətini uğurla davam etdirir. Budapeşt şəhərində korlar üçün uşaq evi, uşaq bağçası və ibtidai məktəbi əhatə edən mərkəzin yeni korpusunun inşa edilməsi, uşaqların qidalanması, müalicə təminatının daha yaxşı şəraitdə aparılmasına imkan yaradacaq “Laszlo Batthyanu” Roma Karolik Evinin mövcud binası üçün yataqxana korpusunun tikintisi və s. saysız-hesabsız xeyirhaqlıq məqsədi ilə görülən işlər bizləri də sevindirir. Ərazisi 18 min km olan Müqəddəs Roma katakombaları kompleksinin Heydər Əliyev Fondu tərəfindən bərpa edilməsi müsəlman dünyasının xristiyan aləminin bu mühüm abidəsinə töhvəsidir.

 Heydər Əliyev Fondunun sülhməramlı səfiri Mehriban xanım Əliyevanın təşkilatçılığğı ilə həyata keçirilən tədbiləri saymaqla bitməz. 

 Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva Azərbaycan gənclərinə böyük örnəkdir. Onun yüksək vətənpərvərlik fəaliyyəti yüzlərlə azərbaycanlı gəncləri bir araya gətirmişdir. Gənclərimizin doğma Vətənləri olan ecazkar Azəbbaycanı beynəlxalq aləmdə yüksək səviyyədə tanıtmaları, onun təkrarsız təbiətinə, çoxəsrlik mədəniyyətinə, tarixinə, bu diyarın sakinlərinin həyatına aid təşkil etdikləri sərgilərin nümayişi alqışlara layiqdir. Onların ermənilərin zəbt etdikləri Dağlıq Qarabağda törətdikləri dəhşətli əmələrin, Xocalı qırğının faktlarla beynəlxalq aləmə səsləndirmələri, Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasın da gördüyü işlər təqdirə layiqdir.

 Leyla Əliyevanın təşəbbüsü ilə Rusiyada müntəzəm olaraq genişmiqyaslı tədbirlər keçirilir. Onun təşəbbüsü ilə Rusiya alı məktəblərində təhsil alan azərbaycanlı tələbələr üçün təqaüdlər ayrılıb. Heydər Əliyev fondunun təşəbbüsü ilə Həştərxanda yeni uşaq baxçası tikilib, “Meçta” uşaq kafesi açılıb. Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycanda ölkəmizdə yaşayan üç milyon gənci ehtiva edən üç milyon ağac əkilb. Bu ağacların əkilməsi ətraf mühitin qorunması üzrə keçirilən beynəlxalq təşəbbüsə qoşulmaq məqsədini daşımışdır. Leyla Əliyeva ətrafına toplaşan gənclərlə çox fəal, maraqlı iş birliyi qurur, müxtəlif önəmli layihələrə imza atmaqla onları həvəslndir və onlar da başqalarını həvəsləndirir. Diqqəti çəkən “Dünya uşaqların gözü ilə”,“Qafqazda nəsli kəsilən heyvanların qorunması”, “Müasir Azərbaycan incəsənəti” və s. layihələrin həyata keçirilməsində Azərbaycana qarşı beynəlxalq aləmdə marağın artmasıdır.

Demokratik Azərbaycan Dünyası Partiyası olaraq Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevaya və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva dövlətimizin qarşısında duran ümdə vəzifələrdən biri olan Azərbaycanın müxtəlif xalqların və dinlərin nümayəndələri ilə sülh, dostluq, həmrəylik şəraitində yaşamalrını, Vətənimizə məhəbbət hissini, dilimizə, adət-ənənələrimizə bağlılığı daha da artırmaq üçün göstərdikləri ciddi səylər alqışlayır və uğurlar arzulayırıq. Hər bir azərbaycanlını üzərinə düşən bu missiyanı ləyaqətlə yerinə yetirməyə səsləyirik.