Mehriban Xanlarovanın verilişi bağlandı

mehriban-xanlarovanin-verilisi-baglandi
Oxunma sayı: 14604

ARB TV-də əməkdar artist Mehriban Xanlarovanın aparıcılıq etdiyi “Canım sizə desin” adlı proqram yayımını dayandırıb. “Qafqazinfo” xəbər verir ki, bir neçə gündür ki, sosial şəbəkələrdə tənqid olunan veriliş kanal rəhbərliyi tərəfindən bağlanıb. 

Məlumatı əməkdar artist “Qafqazinfo”ya təsdiqləyib.  O, verilişinin yayımının son olayla bağlı dayandırıldığını qeyd edib. 

Qeyd edək ki, ötən həftə M. Xanlarovanın qonağı sosial şəbəkələrdə məşhurlaşan “Azəri Vandam” olmuşdu.   

Aparıcı-aktrisanın qonağı ilə birgə şpaqat açaraq “Azəri Vandamı” təqlid etməsi birmənalı qarşılanmamışdı.