Mehriban Zəkidən Alanyada canlı ifa - Fotolar+Video

mehriban-zekiden-alanyada-canli-ifa
Oxunma sayı: 788

Beynəlxalq Alanya Film Festivalı postsovet ölkələrinin film nümayişinə start verib.

“Qafqazinfo”nun məlumatına görə, “Dostlar bir arada” sloqanı ilə başlayan kino gecəsinin açılışı baş tutub. Gecədə Rusiya, Belarus, Estoniya, Ukrayna və Azərbaycan kino ulduzları iştirak edib. Onlar qırmızı xalça üzərinə çıxaraq kameralara poz veriblər. Azərbaycandan xalq artisti Fəxrəddin Manafov, əməkdar artistlər Mehriban Zəki, Gülzar Qurbanova, aktyor Bəhruz Vaqifoğlu iştirak edib. 

Səhnədə Mehriban Zəki Aşıq Veysəlin “Gidiyorum gündüz-gecə” mahnısını səsləndirib. Aktirsanın canlı çıxışı hər kəsin marağına səbəb olub və alqış yağışına tutulub. Daha sonra gənc aktyor Bəhruz Vaqifoğlu Elza Seyidcahanın ifa etdiyi “Mən aktyoram” mahnısının sədaları altında şou göstərib.