Məhsətidən Ebrudan aldığı müsahibə ilə bağlı - - Açıqlama

mehsetiden-ebrudan-aldigi-musahibe-ile-bagli-
Oxunma sayı: 3767


O, “Qafqazinfo”ya açıqlamasında Ebru Gündeşin ona müsahibə verdiyini bir daha təsdiqləyib:

“Ebru müsahibə verib. Sadəcə anlaşılmazlıq olub. Dünən mən onun yardımçısı Levent bəylə də danışmışam. Sadəcə o müsahibə Azərbaycan mətbuatına verilməyib. Biz onu türk jurnalisti ilə birgə almışıq. Həm də müğənninin köməkçiləri müsahibə olmayıb demirlər, Azərbaycan mətbuatında müsahibə olmayıb deyirlər. İlk açıqlamanın burada getməsi onları narahat edib. Bir az əvvəl danışmışam, onlar hətta təkzib istəmir. Sadəcə Azərbaycan saytında yayımlandığı üçün belə edirlər. Səsyazma verilsə belə, onlar həmin müsahibənin Azərbaycanda yayımlandığı üçün narahatdırlar. Başqa heç nə deməyəcəm. Bir gün mən daha rahat danışacam”.

Məhsəti Şərif müsahibənin audioyazısının isə türkiyəli jurnalistdə olduğunu qeyd edib:

"Bu məsələylə Axşam.az saytının heç bir əlaqəsi yoxdu. Müəllif mənəm. Mən türk həmkarıma güvəndiyim kimi onlar da mənə güvənib. Çünki mən hər zaman İstanbuldan reportajlar və müsahibələr etmişəm. Belə bir problem olmayıb. Mən bazarertəsi o adamlarla görüşüb, geniş açıqlama verəcəm".

Xatırladaq ki, sözügedən müsahibə axsam.az saytında yayımlanmışdı, artıq müsahibə saytdan silinib.