Məhsul və xidmətlərə nə qədər pul xərcləyirik?

mehsul-ve-xidmetlere-ne-qeder-pul-xercleyirik
Oxunma sayı: 988

2018-ci ilin yanvar-aprel aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədi ilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 13,8 milyard manat olmaqla 2017-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 2,4 faiz artıb.

“Qafqazinfo”nun məlumatına görə, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri əvvəlki ilin yanvar-aprel aylarının səviyyəsini real ifadədə 2,5 faiz üstələyərək 13,3 milyard manata bərabər olub, onun 49,8 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

Hesabat dövründə bir istehlakçı orta hesabla ayda 353 manatlıq və ya 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 17,6 manat çox dəyərində əmtəə alıb və ödənişli xidmətlərdən istifadə edib.