“Məhsulu fermerin özündən alsalar...” - Müsahibə+Video

“Məhsulu fermerin özündən alsalar...”
Oxunma sayı: 1040

Əkinçilik Tovuz rayonunda əhalinin əsas məşğuliyyətlərindən biridir. Neçə-neçə ailə məhz kənd təsərrüfatı məhsulları əkib-becərməklə dolanır, məhsuldarlıq artdıqca isə əkin sahələrini genişləndirərək bu işə daha böyük həvəslə davam edirlər. 

“Qafqazinfo” əməkdaşları qərb bölgəsinə səfərləri zamanı buna bir daha şahid olublar. 

Bu dəfə yolumuz rayonun Əlimərdanlı kəndinə düşdü. Müsahibimiz pay torpağında pomidor əkini ilə məşğul olaraq hər il bol məhsul tədarük edən Nüsrət Abbasoğludur. Tovuz torpağının səxavətinə yaxşı bələd olan fermer bu il də əkin sahəsinə vaxtında və aqrotexniki qaydalar əsasında qulluq göstərdiyindən çəkdiyi zəhmət hədər getməyib.

Söhbət əsnasında müsahibimizdən istehsal etdiyi məhsulun satışı barədə soruşuruq. Deyir ki, bu barədə heç bir çətinlikləri yoxdur. Lakin o da digər fermerlər kimi bu fikirdədir ki, Bakı və digər böyük şəhərlərin market və bazarları məhsulu onların özlərindən tədarük etsələr, qiymətdə udmuş olarlar: “Mən də istəyərəm ki, evdən kənara çıxmayım. Biz məhsulu yığıb bazarda satırıq, bu isə vaxtımızı alır. Məhsulları çardaqda saxlayırıq, bu da çox vaxt onun keyfiyyətinə təsir edir. Ancaq sahibkar gəlib məhsulu birbaşa sahəmizdən alsa, mənim də məhsulum batmaz, o da qiymətdə irəli düşər”.

Qeyd etmək istərdik ki, Tovuza səfərimiz bir neçə həftə öncə baş tutmuşdu və həmin ərəfələrdə müsahibimiz becərdiyi pomidorun bir kiloqramının 70 qəpiyə satıldığını bildirmişdi. Lakin son günlər digər kənd təsərrüfatı məhsullarında olduğu kimi pomidorun da qiymətində xeyli ucuzlaşma qeydə alınıb.

Tovuzlu fermerlə müsahibənin videosunu təqdim edirik:


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi