Məhşurlardan kim “bir nömrəli” olacaq

mehsurlardan-kim-bir-nomreli-olacaq
Oxunma sayı: 1200


“Qafqazinfo”nun məlumatına görə, 13 Yanvar, yəni köhnə Yeni il günü "Niel" restoranında keçiriləcək tədbirə şou-biznesin tanınmış simaları qatılacaq. Artıq bir neçə aydır davam edən sorğuya əsasən ilin bir nömrəli müğənnisi, reperi, meyxanaçısı, klipi, rejissoru, prodüseri, qrupu, stilisti, saytı və digər nominasiyalar üzrə qaliblər bəlli olacaq. 

Xalq artisti Aygün Kazımova, Faiq Ağayev, Aysel Əlizadə, müğənni Nadir Qafarzadə, Elnur, Rüfət Axundov, Xatirə İslam, Sevda Yahyayeva, meyxanaçı Namiq Qaraçuxurlu, rəqqasə Oksana Rəsulova və başqaları mükafat alanlar sırasında yer alacaq. Gecənin təşkilatçısı və aparıcısı Tural Ozandır.