Məkkə 20 ildən sonra belə olacaq- - Foto

mekke-20-ilden-sonra-bele-olacaq-
Oxunma sayı: 2985


“Qafqazinfo” axar.az-a istinadən xəbər verir ki, 10 il əvvəl Osmanlı dövründən qalma Əcyad qalasının dağıdılaraq yerində inşa edilən əl-Baid qüllələri də söküləcək.

Məkkə bələdiyyəsinin sədr müavini Semir Təvəkkülün verdiyi məlumata görə, 20 il sonra layihə çərçivəsində inşası müzakirələrə səbəb olan “Zəmzəm qüllələri” adı da verilən əl-Baid qüllələri tamamilə aradan qaldırılacaq. 

Hər il milyonlarla müsəlmana ev sahibliyi edən Məkkədə layihə çərçivəsində davam edən işlər nəticəsində müqəddəs məkanın ətrafı xeyli dəyişəcək və o, 2035-ci ildə aşağıdakı fotoda olduğu kimi görünəcək.