Meksika Maduroya qarşı sui-qəsd ittihamını rədd edib

meksika-maduroya-qarsi-sui-qesd-ittihamini-redd-edib
Oxunma sayı: 640

Meksika hökuməti Venesuela prezidenti Nikolas Maduroya qarşı sui-qəsd ittihamlarına reaksiya verib. 

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Meksikanın Xarici İşlər Nazirliyi bəyan edib ki, ölkəsinin Venesuela prezidentinə qarşı hazırlanan qəsdə aidiyyyatı yoxdur: “Hökumət nazirlik vasitəsilə bu iddianı qəti şəkildə rədd edir. Bizim Karakasda olan diplomatik heyətin Nikolas Maduraya qarşı olan sui-qəsd cəhdi ilə əlaqəsi yoxdur”. 

Xatırladaq ki, 2018-ci ilin avqustunda hərbi parad zamanı pilotsuz uçuş aparatı vasitəsilə partlayış törədilərək Venesuela prezidentinə qarşı sui-qəsd cəhdi olunub. Partlayışa görə məsuliyyəti "Flanel əsgərlər" hərbi qruplaşması öz üzərinə götürsə də, Venesuela hadisəyə görə Kolumbiya, Meksika və Çilini ittiham edib.

Aysel Kərimova