Meksika Senatı Qarabağla bağlı qərar qəbul etdi

meksika-senati-qarabagla-bagli-qerar-qebul-etdi
Oxunma sayı: 641

Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, qərarda bildirilir ki, 26 fevral 1992-ci ildə Ermənistan silahlı qüvvələrindən olan qoşunlar Azərbaycanın Dağlıq Qarabağ regionunda Xocalının mülki əhalisinə qarşı hücuma keçib və beynəlxalq insan hüquqları üzrə təşkilatların tərəddüd etmədən Soyqırım kimi adlandırdığı hadisə zamanı əsasən etnik mənsubiyyətinə görə yüzlərlə insanın ölümünə səbəb olub.

Qərarda eyni zamanda, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesindən bəhs olunaraq, Madrid Prinsiplərinin mahiyyəti açıqlanaraq, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edildiyi və məcburi köçkün və qaçqınların öz əvvəlki yaşayış yerlərinə qayıtmalarının vacibliyi qeyd edilib.


Qərarda Deputatlar Palatası Azərbaycan və Ermənistan xalqlarının suverenliyinə tam hörmətlə yanaşaraq, mümkün hesab edilən formatda ən qısa və sürətləndirilmiş tərzdə Dağlıq Qarabağ regionunda münaqişəyə davamlı şəkildə son qoyacaq razılığın əldə edilməsi üçün Azərbaycan və Ermənistan Hökumətlərini səy göstərməyə və ATƏT-in Minsk Qrupunun Həmsədrlərini münaqişənin sülh yolu ilə davamlı həllinin təmin edilməsi məqsədilə hər iki hökumətə bütün tələb olunan dəstəyin göstərilməsinə davam etməyə çağırır.

Bundan başqa, hesab edilir ki, Xocalı qətliamından 19 il ötməsinə baxmayaraq, qətliamın qurbanlarının hələ də ədalətə nail olmadıqları göstərir ki, hər hansı sülh razılaşması üçün mərkəzi element qısa zaman ərzində öz yerini tapmalıdır, o cümlədən, insanlar arasında əlaqələr bərpa edilməli və mümkün qədər tez bir zamanda hər iki cəmiyyət arasında yenidən harmoniya yaranmalıdır.