Meksikada 5 başı kəsilmiş cəsəd tapılıb

meksikada-5-basi-kesilmis-cesed-tapilib
Oxunma sayı: 1117

Meksikanın Verakrus ştatında beş başı kəsilmiş cəsəd tapılıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ştatın təhlükəsizlik xidməti məlumat yayıb.

Hökumət qüvvələri cəsədlərin Rodriqes-Klara və Nonaltepek magistralı ətrafında tapıldığını açıqlayıb. Cinayətin “Xaliska” karteli tərəfindən törədildiyi bildirilib.

Qeyd edək ki, Verakrus ştatında artıq uzun müddətdir “Los Setas” və “Körfəz” narkokartelləri arasında mübarizə gedir. Bu iki qruplaşma ABŞ-a narkotik vasitələrin çatdırılmasına nəzarət uğrunda mübarizə aparır. Son vaxtlar isə  "Xalisko" karteli də mübarizəyə qoşulub.