Meksikada 7,5 bal gücündə zəlzələ olub - Yenilənib

meksikada-75-bal-gucunde-zelzele-olub
Oxunma sayı: 1610

Meksikanın cənub ştatı Oaxakada 7,5 maqnituda gücündə zəlzələ baş verib.

“Qafqazinfo” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Məlumata əsasən, yeraltı təkanlar Pinotepa de Don Luis yaşayış məntəqəsindən 37 km şimal-şərqdə, 24,7 km dərinlikdə qeydə alınıb. Sunami təhlükəsi elan edilməyib.

Ştat rəhbərliyi ölüm halının qeydə alınmadığını, ancaq maddi zərərin dəyini bildirib.

Paytaxt Mexikoda minlərlə insan evlərinin tərk edərək küçələrə çıxıb.

*** 

MeksikaMilli Seysmoloji Xidməti 7,5 bal gücündə baş verən zəlzələdən sonra 122 afterşokun qeydə alındığını bildirib.

Bundan əlavə zəlzələ nəticəsində 1 milyondan çox ev işıqsız qalıb.