Meksikada ailə məclisinə silahlı basqın - 13 nəfər öldürüldü

meksikada-aile-meclisine-silahli-basqin
Oxunma sayı: 981

Meksikanın Minatitlan şəhərində ailə məclisinin keçirildiyi restorana silahlı basqın olub.

“Qafqazinfo” “Life”a istinadən xəbər verir ki, 13 nəfər yığıncaq iştirakçısı qətlə yetirilib. Onlardan 5-i qadın, 1-i uşaqdır. Hadisə şahidlərinin sözlərinə görə, silahlı qrup restorana daxil olaraq məclis sahibini çağırmağı əmr edib. Bundan sonra onlar qonaqlara atəş açmağa başlayıblar.

İnsidentin səbəbləri bilinmir.