Meksikada avtobus qəzaya uğrayıb - 7 ölü,11 yaralı

Meksikada avtobus qəzaya uğrayıb
Oxunma sayı: 361

Meksikanın Tlaskala ştatında mikroavtobus qəzaya uğrayıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ştatın Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, qəza Tlaskala və San-Martin-Teksmelukan şəhərləri arasındakı magistralda baş verib. Hadisə nəticəsində 7 nəfər ölüb, daha 11 nəfər isə xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

İlkin ehtimala görə, yüksək sürətlə hərəkət edən avtobus yoldan çıxaraq aşıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi