Meksikada avtobus uçuruma düşdü, 7 nəfər öldü

meksikada-avtobus-ucuruma-dusdu-7-nefer-oldu
Oxunma sayı: 763

Meksikanın İdalqo ştatında avtobusun 40 metr yüksəklikdən uçuruma düşməsi nəticəsində 7 nəfər ölüb. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “Jornada” nəşri yazıb.

İlkin məlumata görə, sürücü idarəetməni itirib. Avtomobildə orkestrdə iştirak edən uşaqların valideynləri gedirmiş.

Hadisə yerinə təcili tibbi yardım və xilasedicilər gəlib.

Faktla bağlı araşdırma aparılır.