Meksikada daha bir jurnalist öldürüldü

meksikada-daha-bir-jurnalist-olduruldu
Oxunma sayı: 1406

Meksikanın Çayaps ştatının Yahalon şəhərində jurnalist Mario Leonel Qomesi qətlə yetirilib.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, naməlum şəxslər jurnalistin evinin yaxınlığında ona bir neçə dəfə atəş açıb. Onlar motosikletlə hadisə yerindən uzaqlaşıblar. Polis axtarışlara başlayıb. 

Qeyd edək ki, bununla da Meksikada bu il öldürülən jurnalistlərin sayı 10 nəfər olub.