Meksikada daha bir jurnalist öldürüldü

meksikada-daha-bir-jurnalist-olduruldu
Oxunma sayı: 654

Meksikanın Quintana Roo ştatındakı Playa del Karmen kurort şəhərində Fransisko Romero Dias adlı jurnalist öldürülüb.

“Qafqazinfo” “Universal” portalına istinadən xəbər verir ki, yerli hakimiyyət orqanlarının məlumatına görə, jurnalistin cəsədi şəhər küçələrinin birində tapılıb. 

Bildirilir ki, buna qədər R. Dias bir neçə dəfə həyatının təhlükədə olması haqda məlumat vermişdi. O, hətta bir müddətlik ştatı tərk edib, sonradan isə yenidən geri dönmüşdü.

İnsan hüququları üzrə milli komissiyanın məlumatına əsasən, 2000-ci ildən bu günədək Meksikada 140-dan çox jurnalist öldürülüb.