Meksikada daha bir sayt rəhbəri öldürüldü

meksikada-daha-bir-sayt-rehberi-olduruldu
Oxunma sayı: 1275

Meksikada “Observatorio del Sur” xəbər portalına başçılıq edən jurnalist  Nevita Kondes Haramilyo ölü vəziyyətdə tapılıb. “Qafqazinfo” bildirir ki, bur barədə “TASS” xəbər verib.

Mərhumun Tehupilko rayonunda aşkar olunan cansız bədənində bir neçə deşilmiş yara olub.

Hüquq mühafizə orqanları hadisə ilə bağlı araşdıramalara başlayıb. 

Xatırladaq ki, iyulun 31-də Meksikanın Morelos ştatında Guerrero al Instante” saytının rəhbəri Rohelio Barraqan ölü vəziyyətdə tapılmışdı. Onun cansız bədəni avtomobilinin yük hissəsində aşkar olunmuşdu.