Meksikada həbsxanada üsyan, 13 ölü

meksikada-hebsxanada-usyan-13-olu
Oxunma sayı: 678

Meksikada həbsxanada üsyan qalxıb.

“Qafqazinfo” xəbər verir ki, insident Cadereyta şəhərindəki həbsxanalardan birində gecə saatlarında başlayıb. Bölgənin polis sözçüsü Aldo Fascinin sözlərinə görə, üsyan ayrı-ayrı kameralarda yerləşən dəstə liderlərinin toqquşması nəticəsində baş verib. O, bildirib ki, məhkumlardan 13-ü olüb, 8 nəfəri isə ağır yaralanıb. Fasci onu da əlavə edib ki, polis üsyanın miqyasının böyüməsinin qarşısını almaq üçün silahdan istifadə edib.

Həbsxanadakı təhlükəsizliyi qorumaq üçün vasitələrin yetərsiz olduğunu bildirən sözçü “Cəzaçəkmə müəssisəsində 4 min məhkum, 300 nəzarətçi olsa da, məhkumları nəzarətdə saxlamaq üçün yetərincə kompleks yoxdur”,- deyib.

Aysel Kərimova