Meksikada jurnalist evində qətlə yetirilib

meksikada-jurnalist-evinde-qetle-yetirilib
Oxunma sayı: 678

Meksikalı jurnalist xüsusi qəddarlıqla qətlə yetirilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, “Financiero” qəzetinin əməkdaşı olan Alisiya Dias Qonsales boyun nahiyyəsindən aldığı çoxsaylı bıçaq zərbələri ilə evində öldürülüb. 52 yaşlı qadının meyitini ilk olaraq oğlu aşkarlayıb.

İnsan haqları üzrə Milli Komissiya prokurorluğu jurnalistin qətli ilə bağlı dərhal araşdırmaya başlamağa və lazım gələrsə ailəsini qorumağa çağırıb.

Qətlin motivi hələ ki, bəlli deyil.