Meksikada jurnalisti döyərək öldürdülər - Bu, 6-cıdır

meksikada-jurnalisti-doyerek-oldurduler
Oxunma sayı: 774

Meksikada daha bir jurnalist ölümü qeydə alınıb.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, Ektor Qonsales Antonio Syudad-Viktoriya şəhərində küçənin ortasında döyülərək qətlə yetirilib. "İmagen" media-qrupunun əməkdaşı olan Antonionun faciəvi ölümünün araşdırılması üçün polis istintaqa başlayıb.

Qeyd edək ki, 2017-ci ildə Meksikada 12, bu ilin əvvəlindən isə 6 jurnalist qətlə yetirilib. Son 8 ildə Meksikada öldürülən jurnalistlərin sayı isə 76-dır.