Meksikada miqrantlar əleyhinə aksiya keçirilib

meksikada-miqrantlar-eleyhine-aksiya-kecirilib
Oxunma sayı: 800

Mərkəzi Amerikadan ABŞ-a keçmək istəyən miqrant axınının ilk dalğası Meksikanın şimal-qərbində yerləşən Tixuanaya çatmasından sonra regionda gərginlik yaşanıb.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, miqrantların Tixuananı tərk etməsini istəyən yüzlərlə şəhər sakini küçələrə axlçaraq aksiya keçiriblər.

Tixuana meri Xuan Manuel Qastelum şəhərə çatacaq qaçqın sayının qarşıdakı həftələrdə on minləri keçəcəyini və buna hazırlıqlı olmadıqlarını söyləyib.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatı Mərkəzi Amerikadan ABŞ-a çatmaq üçün yola çıxan miqrant karvanına 7 mindən artıq adamın qatıldığını və bunların təxminən 2300-ünün uşaq olduğunu bildirib.