Meksikada Nizami Gəncəvinin heykəli qoyulur

meksikada-nizami-gencevinin-heykeli-qoyulur
Oxunma sayı: 673

Trend-in məlumatına görə, bu barədə cümə günü Azərbaycanın Meksikadakı səfirliyi məlumat yayıb.

Məlumata görə, mərasimdə səfir İlqar Muxtarov, Meksikanın Qerrero ştatının (Akapulko şəhərinin daxil olduğu ştat) turizmin inkişafı naziri Xuan Salqado, Akapulko şəhər hökumətinin sosial inkişaf naziri Oskar Ranxel Miravete, Meksikada tanınmış yazıçı Manu Donvier, səfirliyin əməkdaşları və Akapulko şəhərinin sakinləri iştirak ediblər.

Natiqlər Azərbaycanın dahi şairi Nizami Gəncəvinin heykəlinin şəhərin gələcək simvollarının birinə çevriləcəyindən əminliklərini bildiriblər.

Daha sonra səfir İlqar Muxtarov Qerrero ştatı və Akapulko şəhərinin qeyd edilən rəsmiləri ilə birgə Nizami Gəncəvinin heykəlinin təməlinə ilk daşın qoyulması mərasiminə qatılıblar.