Meksikada növbəti güclü zəlzələ oldu - Bu dəfə 6,2 bal

meksikada-novbeti-guclu-zelzele-oldu
Oxunma sayı: 968

ABŞ Geoloji Araşdırmalar Mərkəzi Oaxaka şəhərində 6,2 bal gücündə zəlzələ baş verdiyini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, təbii fəlakət paytaxt Mexikoda da hiss edilib.

Yeraltı təkanlar nəticəsində dağıntılar və itkilər barədə hələlik məlumat verilməyib.

Qeyd edək ki, sentyabrın 19-da Meksikada 7,1 bal gücündə dağıdıcı zəlzələ baş vermişdi. Bu günə qədər dağıntılar altından 295 nəfərin cəsədi çıxarılıb.

Bu gün baş verən zəlzələdən sonra isə xilasetmə işləri müvəqqəti dayandırılıb.