Meksikada partlayış olub - 4 ölü, 5 yaralı

meksikada-partlayis-olub
Oxunma sayı: 642

Meksikada pirotexnika anbarında partlayış baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə yerli “Milenio” nəşri məlumat yayəb.

Məlumata əsasən, insident Mexiko ştatında qeydə alınıb. Hadisə nəticəsində 4 nəfər həlak olub. Daha 5 nəfər isə yaralanıb. Onların vəziyyəti barədə məlumat verilməyib.

Partlayışın gücündə kompleksdəki 6 binadan 4-ü ciddi zərər görüb.

Hadisənin baş vermə səbəbləri bilinmir.