Meksikada restorana silahlı hücum olub - 6 ölü

meksikada-restorana-silahli-hucum-olub
Oxunma sayı: 897

Meksikanın Xalisko ştatında restoranlardan birinə silahlı hücum olub.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Excelsior” portalı məlumat yayıb.

Məlumata əsasən, hadisə Tlakepake şəhərində qeydə alınıb. 10 nəfər silahlı şəxs restorana daxil olaraq orada nahar edən bir qrupa atəş açıb. İnsident nəticəsində 5 nəfər hadisə yerində, daha 1 nəfər isə xəstəxanaya çatdırılarkən yolda keçinib.

Polis əməkdaşları öldürülən şəxslərin üzərində silah aşkarlayıb. Onların silahdan istifadə etməyə macal tapmadığı bildirilir.

İlkin ehtimala əsasən, insidentə iki cinayətkar qrup arasında münaqişə səbəb olub.