Meksikada silahlı qarşıdurma - Ölənlər var

meksikada-silahli-qarsidurma
Oxunma sayı: 896

Meksikanın Sonora ştatında polis və quldurlar arasında atışma olub.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ştatın prokuroru Rodolf Montes-de-Oka məlumat yayıb.

Məlumata əsasən, insident Ermosil şəhərində qeydə alınıb. Quldurlar evlərdən birində axtarış aparmaq istəyən təhlükəsizlik xidmətinin əməkdaşlarına hücum ediblər. Silahlı qarşıdurma zamanı 5 cinayətkar öldürülüb.

Polislərdən xəsarət alan olmayıb. Cinayətkarların evdə narkotik maddələrin satışı mərkəzini təşkil etdikləri açıqlanıb.