Meksikada tikilməkdə olan ticarət mərkəzi çökdü - 7 ölü, 15 yaralı

meksikada-tikilmekde-olan-ticaret-merkezi-cokdu
Oxunma sayı: 1618

Meksikanın Monterrey şəhərində şəhərində tikilməkdə olan ticarət mərkəzi uçub.

“Qafqazinfo” ABCnews-a istinadən xəbər verir ki, hadisə nəticəsində 7 nəfər ölüb, 15 nəfər yaralanıb.

Dağıntılar altında qalan 9 nəfərin xilas edilməsi üçün 150-yə yaxın xilasedici hadisə yerinə cəlb edilib.

Qeyd edək ki, ticarət mərkəzinin gələn ilin martında açılması planlaşdırılırdı.