“Meksikalılar özləri də təəccübləndilər” - Manuel Noyer

meksikalilar-ozleri-de-teeccublendiler
Oxunma sayı: 2690

“Hər kəs bizim qalib gələcəyimizi düşünürdü. Amma meksikalılar hər kəsi təəccübləndirdilər”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Almaniya millisinin qapıçısı Manuel Noyer deyib.

Təcrübəli çərçivə qoruyucusu dünya çempionatının qrup mərhələsinin ilk turunda Meksikaya 0:1 hesablı məğlubiyyəti şərh edib: “Fikrimcə, meksikalılar özləri də təəccübləndilər. Sabah məşqçilərlə bunu müzakirə edəcəyik. Düşünürəm ki, bütün detallar ortaya qoyulacaq. Daha güclü olmağa çalışacağıq”.