Meksikanın Müstəqillik Günündə 12 nəfər yaralandı - Video

meksikanin-musteqillik-gununde-12-nefer-yaralandi
Oxunma sayı: 703

Meksikada Müstəqillik Günündə azı 12 nəfər yaralanıb və yanıq xəsarəti alıb. “Qafqazinfo”nun məlumatına görə, bu barədə ölkə mediası yazıb.

Belə ki, Xalapa şəhərində təşkil olunmuş atəşfəşanlıq zamanı bir neçə pirotexnik qurğu gözlənilmədən işə düşüb və düz tamaşaçıların başı üstündə partlayıb.

Xəsarət alanlara lazımi tibbi yardım göstərilib, onların həyatı təhlükəsi yoxdur.