Məktəb direktoru qəzada öldü

mekteb-direktoru-qezada-oldu
Oxunma sayı: 658

“Qafqazinfo” FHN-nin rəsmi saytına istinadən məlumat verir ki, Quba rayonu, Bakı-Quba yolunda "Nissan Maxima" markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb. Hadisə zamanı avtomobilin sürücüsü aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib.

Yanğınsöndürən xilasedicilər tərəfindən müxtəlif alət və avadanlıqlardan istifadə olunmaqla sürücünün sıxılmış meyiti avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

ANSPRESS isə ölən şəxsin Qubanın Mirzəqışlaq kənd orta məktəbinin direktoru olduğunu yazıb.