Məktəbdə bayram tədbiri keçirildi

mektebde-bayram-tedbiri-kecirildi
Oxunma sayı: 644

28 may Respublika Günü münasibəti ilə Nəsimi rayonunun tam  orta məktəblərində silsilə tədbirlər təşkil olunaraq keçirilir. 

Rayon İH-dən “Qafqazinfo”ya daxil olan xəbərə görə, bu gün 8 saylı tam orta məktəbdə 28 May-Respublika Günü münasibəti ilə bayram tədbiri təşkil  edilib. Bayram tədbirində məktəblilər  şerlər söyləyib, milli rəqslər və maraqlı kompozisiyalarla çıxış ediblər.

Tədbirdə iştirak edən  Nəsimi rayon İcra Hakimiyyətinin  Başçısının birinci müavini  Gülarə Verdiyeva və məktəbin direktoru Aytən Baxşıyeva  23 ay fəaliyyət  göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 99-cu ildönümü – istiqlaliyyət tarixindən danışıb və  məktəbliləri  hər bir azərbaycanlının qürurla qeyd etdiyi    28 may Respublika günü münasibəti ilə təbrik ediblər.