Məktəbdə bomba həyəcanı

mektebde-bomba-heyecani
Oxunma sayı: 643

“Qafaqazinfo”nun nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, dərhal mütəxəssislər və müvafiq xilasetmə qüvvələri axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün hadisə yerinə cəlb edilib. Aidiyyəti qurumlar məlumatlandırılıb.

Xilasedicilər vətəndaşları təhlükəli hesab edilən ərazidən uzaqlaşdırıblar. Sonra Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri digər aidiyyəti qurumların əməkdaşları ilə birlikdə məktəbdə (sinif otaqlarında, xidməti otaqlarda, zalda, dəhlizlərdə, zirzəmidə, çardaqda, elektrik və yanğın əleyhinə lövhələrdə, pilləkən qəfəslərində və s.) axtarış işləri aparıblar.

Axtarışlar nəticəsində məktəbdə və yaxınlığında partlayıcı qurğu və şübhəli əşya aşkar edilməyib. Əməliyyat saat 21:20-də başa çatıb.