Məktəbdə qaz sızması - 14 nəfər zəhərlənib

mektebde-qaz-sizmasi
Oxunma sayı: 1118

ABŞ-ın Mayami şəhərində məktəblərindən birində baş verən qaz sızması nəticəsində 14 nəfər zəhərlənib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb.

Kanalın məlumatına əsasən, məktəb yeməkxanası və ona bitişik ərazilər təxliyyə edilib. Hazırda hadisə yerində araşdırma aparılır.  

Bildirilir ki, zərərçəkənlərin hamısı məktəb əməkdaşlarıdır və onların arasında yeniyetmə yoxdur.