“Məktəblərdə qarğıdalı toxumunun satılması yalan məlumatdır”

mekteblerde-qargidali-toxumunun-satilmasi-yalan-melumatdir-
Oxunma sayı: 641

Habil Qurbanov Zaqatalaya qarğıdalı toxumu gətirən şirkətin adını dəqiq bilməsə də, Macarıstan məxsus olduğunu söyləyib: “Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə birbaşa bu məsələyə nəzarət edir və biz icazə vermərik ki, Zaqatalada belə bir hadisə baş versin”.

Xatırladaq ki, dünən “Qafqazinfo”ya Zaqataladan Talakənd sakinləri zəng vuraraq 3 saylı orta məktəbdə işləyən hər bir müəllimə məcburən qarğıdalı toxumunun satıldığı barədə məlumat veriblər. Məlumatda bildirilir ki, qarğıdalını toxumunu almaq üçün isə müəllimlərdən 8 AZN tələb olunur. Kənd sakinləri bunun birbaşa Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin tapşırığı ilə olduğunu qeyd ediblər.